15.10.2010 / Oktyabrın 15-də Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK), Rumıniyanın Azərbaycanda səfirliyinin (NATO ilə əlaqələndirici səfirlik) və Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) təşkilatçılığı ilə "Azərbaycan Avroatlantik məkanda: inteqrasiyanın prioritetləri və reallıqları" mövzusunda konfrans keçirilmişdir.
07.09.2010 / Sentyabrın 7-dən 9-dək Bakıda “Söz və ifadə azadlığına ictimai dəstək” forumu keçiriləcək. Foruma “Freedom House”, “Article 19”, “Sərhədsiz reportyorlar” və başqa nüfuzlu beynəlxalq təşkilatların rəhbər nümayəndələri, dövlət orqanları təmsilçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər qatılacaq.
14 sentyabr 2010-cu il tarixdə saat 10.00-dan 13.00-dək Ekoleks Ekoloji Hüquq Mərkəzi tərəfindən Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza otelinin konfrans zalında “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” adlı konfrans keçiriləcəkdir. Konfrans Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi və Avropa Şərq Tərəfdaşlığı Proqramı üzrə Azərbaycan Milli Platformasının tərəfdaşlığı ilə baş tutacaqdır.
26.08.2010 / Müsabiqənin məqsədi Azərbaycanda mədəniyyətin həm daxili mahiyyəti, həm də ən müxtəlif siyasi, sosial, iqtisadi, ekoloji məsələlərdə mühüm qüvvə kimi cəlb olunmasını təhlil və müzakirə etməyə təkan verməkdir.
İyulun 9-u Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Bakıda “Srebrenitsa - 15 il. Soyqırımı anatomiyası” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı açan AAMİK sədri Vahid Qazi iyulun 11-də bütün dünyada 15-ci ildönümü qeyd olunacaq Srebrenitsa soyqrımı haqda qısa məlumat verib:
25.06.2010 / Müsabiqənin məqsədi Azərbaycandakı ən müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilat və təşəbbüs qruplarının ümümavropa ictimai və professional qurum və şəbəkələrinə qoşulması, və bu vəsiləylə Azərbaycanın Avropa prosesində iştirakının daha geniş və çoxşaxəli tərzdə təmin olunmasının dəstəklənməsidir.
11.06.2010 / Iyunun 11-də Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) və “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin (EHM) təşkilatçılığı ilə “Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər” mövzusunda konfrans keçirib.