AAMIK

Komitə haqqında

10 Fevral 2006-cı ildə Azərbaycanın tanınmış 39 nəfərdən ibarət olan təşəbbüs qrupu tərəfindən Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsini (AAMİK) yaradıldı.
Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin məqsədi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, Avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır.

Komitə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:


Vətəndaş cəmiyyəti institutlarının Avropaya İnteqrasiya ilə əlaqədar birgə fəaliyyətinin təşkili və əlaqələndirilməsi;

Avropa Qonşuluq Siyasəti ilə əlaqədar dövlət qurumları və Avropa komissiyası strukturları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təmin edilməsi;

Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan Fəaliyyət Planının və onun əsasında hazırlanacaq digər sənədlərin hazırlanması, həyata keçirilməsi və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ictimai qiymətləndirilməsinin təşkili və bu planın icrasına nəzarətin həyata keçirilməsi;

Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün müvafiq təkliflərin hazırlanması və aidiyyəti olan dövlət qurumlarına və Avropa Birliyinə təqdim edilməsi;

Ictimaiyyətin Avropa İnteqrasiya prosesi, Avropa Qonşuluq Siyasəti və Avropa Birliyi dəyərləri barədə məlumatlandırılması;

Azərbaycanın Avropa Birliyinə yaxınlaşması və qoşulması perspektivlərinin və problemlərinin təhlili və ictimai müzakirəsi.

Milli Komitənin fəaliyyət prinsipləri:


Əməkdaşlığa açıqlıq. Komitə istənilən dövlət, qeyri-hökumət qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və sairə ilə əməkdaşlıq etməyə hazırdır.

Şəffaflıq. Komitənin fəaliyyəti tam şəffaf və açıq olacaqdır.

Siyasi məqsədlərdən uzaqlıq. Komitə siyasi məqsədlər güdən heç bir fəaliyyətdə iştirak etməyəcəkdir.

Qanunilik. Komitənin fəaliyyəti Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Tolerantlıq. Komitə onun fəaliyyətinə olan müxtəlif rəylərə dözümlülük nümayiş etdirir.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycan cəmiyyəti Avroatlantik məkana inteqrasiyaya üstünlük verir

  2. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  3. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  6. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  7. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  8. AAMIK mətbuat konfransı keçirdi

  9. Yunanıstan səfirliyində görüş

  10. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  11. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  12. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  13. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  14. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  15. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  16. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  17. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  18. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  19. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  20. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı