AAMIK

Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin yaradılması haqqında MEMORANDUM

Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin yaradılması haqqında MEMORANDUM



Bakı şəhəri

  10 fevral 2006-cı il


Azərbaycan Respublikasının avroatlantik inteqrasiya kursunu bir daha dəstəkləyərək,

Azərbaycan Respublikası ilə Avropa Birliyi üzvü olan dövlətlər arasında yaranmış və genişlənməkdə olan münasibətlərin ölkəmiz və cəmiyyətimiz üçün önəmliliyini və əhəmiyyətini qeyd edərək,

Avropa Qonşuluq Siyasətinin Azərbaycan Respublikasının Avropaya İnteqrasiya prosesində mühüm və ikitərəfli münasibətlərin inkişafı üçün keyfiyyət baxımından yeni mərhələ olduğunu vurgulayaraq,

Avropa Qonşuluq Siyasətinə Azərbaycan Respublikasının qoşulması istiqamətində Avropa Birliyinin və Hökumətin səylərini qiymətləndirərək,

Avropaya inteqrasiya proseslərində, xüsusilə Avropa Qonşuluq Siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqi prosesində vətəndaş cəmiyyətinin iştirakının zəruriliyinə Avropa Birliyinin, Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin diqqətini cəlb edərək,

Azərbaycan Respublikası Konstitusiyasının “Hakimiyyətin mənbəyi” (1-ci maddə), “Məlumat azadlığı” (50-ci maddə), “Dövlətin idarə olunmasında iştirak” (55-ci maddə) və “Birləşmək hüququ” (58-ci maddə) maddələrinə əsaslanaraq,

Biz, aşağıda imza edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsində birləşməyimizi bəyan edirik.

Milli Komitənin məqsədi Azərbaycan Respublikasının Avropaya inteqrasiyasına, bu inteqrasiya proseslərində vətəndaş cəmiyyətinin fəal iştirakına, Avropaya inteqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsinə, ölkə və Avropa Birliyi vəzifəli şəxsləri ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının qurulması və həyata keçirilməsinə, Avropaya inteqrasiya prosesləri barədə ölkə ictimaiyyətinin məlumatlandırılmasına nail olmaqdır.

Bu məqsədlərə çatmaq üçün Milli Komitə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcəkdir:

  • vətəndaş cəmiyyəti institutlarının Avropaya İnteqrasiya ilə əlaqədar birgə fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
  • Avropa Qonşuluq Siyasəti ilə əlaqədar dövlət qurumları və Avropa komissiyası strukturları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təmin edilməsi;
  • Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan Fəaliyyət Planının və onun əsasında hazırlanacaq digər sənədlərin hazırlanması, həyata keçirilməsi və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ictimai qiymətləndirilməsinin təşkili və bu planın icrasına nəzarətin həyata keçirilməsi;
  • Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün müvafiq təkliflərin hazırlanması və aidiyyəti olan dövlət qurumlarına və Avropa Birliyinə təqdim edilməsi;
  • ictimaiyyətin Avropa İnteqrasiya prosesi, Avropa Qonşuluq Siyasəti və Avropa Birliyi dəyərləri barədə məlumatlandırılması;
  • Azərbaycanın Avropa Birliyinə yaxınlaşması və qoşulması perspektivlərinin və problemlərinin təhlili və ictimai müzakirəsi.

Milli Komitənin fəaliyyət prinsipləri :

Əməkdaşlığa açıqlıq. Komitə istənilən dövlət, qeyri-hökumət qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və sairə ilə əməkdaşlıq etməyə hazırdır.

Şəffaflıq. Komitənin fəaliyyəti tam şəffaf və açıq olacaqdır.

Siyasi məqsədlərdən uzaqlıq. Komitə siyasi məqsədlər güdən heç bir fəaliyyətdə iştirak etməyəcəkdir.

Qanunilik. Komitənin fəaliyyəti Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Tolerantlıq. Komitə onun fəaliyyətinə olan müxtəlif rəylərə dözümlülük nümayiş etdirir.

Quruluş və fəaliyyətin tənzimlənməsi.

Komitənin quruluşu və fəaliyyətinin tənzimlənməsi Komitənin Əsasnaməsində öz əksini tapır və bütün Komitə üzvləri tərəfindən rəhbər tutulur.

Milli Komitənin üzvləri

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycan cəmiyyəti Avroatlantik məkana inteqrasiyaya üstünlük verir

  2. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  3. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  6. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  7. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  8. AAMIK mətbuat konfransı keçirdi

  9. Yunanıstan səfirliyində görüş

  10. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  11. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  12. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  13. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  14. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  15. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  16. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  17. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  18. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  19. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  20. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı