Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin Əsasnaməsi
Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin məqsədi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, Avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır.
Bu Əsasnamənin 1-ci bəndində göstərilən məqsədlərə çatmaq işinə töhfələr verən, bu Əsasnamənin müddəalarını qəbul edən şəxslər Komitənin üzvü ola bilər.
Кomitə üzvü olmaq istəyənlər Komitənin Sədrinə ərizə verməlidirlər.
Кomitəyə yeni üzv Komitə üzvlərinin 2/3-dən çoxunun razılığı ilə qəbul edilir. Qurulduğu gündən keçən hər növbəti il ərzində Komitə üzvlərinin sayı 50 faizdən çox ola bilməz.
Yeni üzvlərin qəbulu ilə bağlı ərizələrə Komitə sədrlərinin növbəti seçkiləri keçirilən ümumi yığıncağında baxılır.
Komitəyə üzvü istədiyi an Komitə sədrinə bildiriş verməklə üzvlüyünü dayandıra bilər.
Komitənin üzvü Komitənin məqsədlərinə uyğun olmayan hərəkətlər etdiyi, Komitənin nüfuzuna xələl gətirdiyi və ya bu Əsasnamə ilə üzərinə düşən öhdəlikləri mütəmadi şəkildə yerinə yetirmədiyi halda Komitə üzvlərinin 2/3-dən çoxunun qərarı ilə Komitə üzvlüyündən çıxarıla bilər. Komitə üzvlüyündən çıxarılma ilə bağlı məsələ Komitənin ümumi yığıncağının baxışına Komitənin Sədrləri və ya Komitə üzvlərinin 1/3-nin tələbi ilə çıxarılır (Komitə üzvlərinin siyahısı).
Кomitə hüquqi şəxs deyil.
Komitə üzvünün aşağıdakı hüquqları var:
Komitə üzvü bu Əsasnaməni rəhbər tutmalı və Komitənin nüfuzuna xələl gətirən addımlardan və bəyanatlardan çəkinməlidir.
Komitənin ali rəhbər orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
Komitə üzvlərinin 1/3-dən çoxu iştirak etdikdə Ümumi Yığıncaq qərarlar (Əsasnaməyə dəyişikliklərin edilməsi, Komitənin ləğvi, Komitəyə üzvlərin qəbulu və çıxarılması, Sədrin 2-ci dəfə seçilməsi barədə qərarlar istisna olmaqla) qəbul etməyə səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
Qərarlar e-mail sorğusu əsasında da keçirilə bilər. E-maillə səsvermə qaydasını Sədrlər Şurası müəyyən edir. E-poçtla səsvermə zamanı “Susmaq” səsvermədə “bitərəf qalmaq” kimi qiymətləndirilməlidir.
Komitə üzvlərinin 2/3-nün tələb etdikdə səsvermə canlı keçirilməlidir.
Ümumi Yığıncaq ən azı ayda bir dəfə keçirilir. Növbədənkənar Ümumi Yığıncaq Komitə üzvlərinin ən azı 1/5-nin tələbi ilə çağırıla bilər.
Ümumi yığıncaqlararası dövrlərdə Komitənin rəhbər orqanı onun Sədrlər Şurasıdır. Sədrlər Şurası 2 Həmsədrdən və Fəaliyyətdə olan Sədrdən ibarətdir. Sədrlər Komitə üzvləri tərəfindən gizli səsvermə yolu ilə bir illik (birinci Sədrlər Şurasının iki üzvü istisna olmaqla) müddətə seçilir. Hər 4 aydan bir Həmsədrlərdən biri dəyişir.
Sədrlər Şurası ilk dəfə seçilərkən səsvermənin nəticələrinə görə 3-cü yer tutmuş Sədr 4 aylıq müddətə seçilir və bu müddət ərzində Komitənin ilk Fəaliyyətdə olan Sədri olur. Səsvermədə 2-ci yeri tutmuş Sədr 8 aylıq müddətə seçilir və sonrakı 4 ayda Komitənin Fəaliyyətdə olan Sədri olur. Səsvermədə ən çox səs toplamış Sədr bir illik müddətə seçilir və sonrakı 4 ayda Komitənin Fəaliyyətdə olan Sədri olur.
Fəaliyyətdə olan Sədrin Həmsədrlərdən fərqli vəzifəsi aşağıdakılardır: Sədrlər Şurasının iclaslarında sədrlik etmək; Sədrlər Şurasının və Ümumi Yığıncağın toplantılarını təşkil etmək; Komitənin bəyanatlarını səsləndirmək; Komitənin müraciətlərini və digər sənədlərini imzalamaq; mətbuat konfransları keçirmək və Katibliyə rəhbərlik etmək.
Sədrlər Şurası Ümumi Yığıncağın səlahiyyətində olan məsələlər istisna olmaqla başqa məsələlər barədə qərarlar qəbul edə bilər. Sədrlər Şurasının qərarları konsensus əsasında qəbul edilir. Sədrlər Şurasının qəbul etdiyi qərarlar, eləcə də konsensus əldə olunmayan məsələlər barədə Komitə üzvlərinə gecikmədən məlumat verilir.
Komitə üzvü yalnız Komitə üzvlərinin 4\5-ü ona səs verdikləri halda 2-ci dəfə Sədr seçilə bilər.
Fəaliyyətdə olan Sədr və Həmsədrlər Komitənin məqsədləri ilə əlaqəli qrant layihələrinə rəhbərlik edə bilməzlər.
Fəaliyyətdə olan Sədr və Həmsədrlər Komitənin yalnız institusional layihələrindən qonorar ala bilərlər.
Komitənin icra orqanı Katiblikdir. Katibliyin vəzifələri aşağıdakılardır:
Katibliyin iş planı və tərkibini Sədrlər Şurası müəyyən edir. Katiblik gündəlik fəaliyyətində birbaşa Komitə Sədrlərinə tabedir.
Komitənin fəaliyyəti ictimaiyyət, dövlət qurumları və KİV-lər üçün açıqdır. İstənilən qurum və vətəndaş Komitənin fəaliyyəti barədə məlumatı Komitə Katibliyindən əldə edə bilər. Komitənin fəaliyyəti onun Veb-səhifəsində şəkildə işıqlandırılır. Komitə vaxtaşırı hesabatlarını açıqlayır.
Komitənin fəaliyyəti qrantlar, ianələr, eləcə də Komitə üzvlərinin verdiyi maliyyə vəsaitləri hesabına maliyyələşdirilir. Komitə yalnız institusional məqsədli qrant ala bilər.
Komitə üzvləri öz təşəbbüsləri ilə Komitənin məqsədlərinə uyğun fəaliyyətdə buluna bilərlər.
Komitə üzvlərinin Komitənin məqsədlərinə uyğun fəaliyyətləri üçün maliyyə tapmağa borclu deyil. Komitə üzvləri Komitənin məqsədlərinə uyğun fəaliyyətləri barədə Komitəyə məlumat verirlər
Bu Əsasnaməyə dəyişiklik Komitə üzvlərinin ən azı 2/3-nin razılığı ilə edilir. Əsasnaməyə dəyişiklik barədə təklifi Komitə üzvlərinin 1\3-i və ya Sədrlər Şurası irəli sürə bilər.
Кomitə onun üzvlərinin ən azı 2/3-nin razılığı olduqda ləğv edilir. Komitənin ləğvindən sonra qalan vəsaiti Komitənin məqsədlərinə uyğun olan işlərə xərclənir.
Geri