Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan
Avrointeqrasiya Proqramı
“Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr”
mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir
Müsabiqənin məqsədi Azərbaycanda mədəniyyətin həm daxili mahiyyəti, həm də ən müxtəlif siyasi, sosial, iqtisadi, ekoloji məsələlərdə mühüm qüvvə kimi cəlb olunmasını təhlil və müzakirə etməyə təkan verməkdir. Bu prosesin son dövrdə Avropa siyasətində və mədəniyyət sahəsinə dair idaərəçilikdə əldə olunan tapıntı və nailiyyətlər kontekstində baxılması və araşdırılması müsabiqənin mütləq şərtidir.
Qrant layihəsinin məzmunu aşağıda göstərilən formatda ifadə oluna bilər:
- konkret tövsiyyələr daşıiyan strateji məruzə (policy paper)
- praktik-yönlü tədqiqat işi
- silsilə publikasiyalar
- ictimai müzakirə (müxtəlif vasitə ilə - canlı toplantı, çap, elektron, TV)
Hər bir layihənin büdcəsinə 10.000 ABŞ dollarına qədər məbləğ ayrıla bilər. Əlavə maliyyə mənbələrin mövcudluğu ərizəyə baxıldlqda ona üstünlük gətirir.
Layihələr ACİ YF-nun ümumi qrant ərizəsi və müvafiq formatda fondun qəbul şəbəsinə təqdim olunmalıdır.
Ərizələrin qəbulu üçün son müddət 2010-cu il, 27 sentyabr, saat 15:00-dəkdir
Qrant ərizəsi formaları üçün http://www.osi.az web-saytına, əlavə məlumat və məsləhət üçün isə ACI YF-nun Avrointeqrasiya Proqramına müraciət oluna bilər.
Ünvan: Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu
Həsən Əliyev küçəsi 117-А
BAKI AZ-1110
telefon: 564 34 65, 67, 68, 69, 75, 76, 77, 78, 79
faks: 564 34 66
Geri