AAMIK

 

 

 

 

 

 

 

“Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda 

K  O  N  F  R  A  N  S   

 

 

 

 

14 sentyabr 2010-cu il tarixdə saat 10.00-dan 13.00-dək Ekoleks Ekoloji Hüquq Mərkəzi tərəfindən Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza otelinin konfrans zalında “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” adlı konfrans keçiriləcəkdir. Konfrans Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi və Avropa Şərq Tərəfdaşlığı Proqramı üzrə Azərbaycan Milli Platformasının tərəfdaşlığı ilə baş tutacaqdır.

Konfransda Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyinə nail olunması uçun zəruri iqtisadi və hüquqi alətlər, Alternativ və Bərpa olunan enerjidən istifadə, Enerji səmərəliliyinin həyata keçirilməsində orta və xırda sahibkarlığın iştirakı, Alternativ və Bərpa olunan enerjidən istifadə, Enerji səmərəliliyinə nail olunmasında VCT-nin rolu mövzularında məruzələr dinləniləcək, Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, Enerji Səmərəliliyi məsələlərində Vətəndaş Cəmiyyətinin iştirakı formaları müzakirə ediləcək, Vətəndaş Cəmiyyətinin Mövqe Sənədi təqdim ediləcəkdir.

Konfransda Avropa İttifaqının, ATƏT-in, xarici ölkələrin diplomatik nümayəndələrinin, Beynəlxalq təşkilatların, Beynəlxalq maliyyə qurumlarının, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, ARDNŞ və BP nümayəndələrinin, QHT-in, KİV-in iştirakı nəzərdə tutulur.

Konfransda iştirak etmək istəyənlər üçün Ekoleks ekoloji hüquq mərkəzinin direktoru Sevil İsayevaya (tel: 418 53 89, 055 665 21 00, e-mail: office@ecolex-az.org) və ya AAMİK əlaqələndiricisi İlqar Həsənliyə (tel: 5643465+207, 050 573 83 43 e-mail: ilgar.hasanli@yahoo.de) müraciət edə bilərlər.

 

Ətraflı məlumat üçün: www.renewable-az.orgwww.aamik.az


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycan cəmiyyəti Avroatlantik məkana inteqrasiyaya üstünlük verir

  2. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  3. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  6. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  7. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  8. AAMIK mətbuat konfransı keçirdi

  9. Yunanıstan səfirliyində görüş

  10. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  11. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  12. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  13. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  14. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  15. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  16. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  17. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  18. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  19. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  20. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı