Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək
Çexiyanın Azərbaycandakı səfirliyində açılan konsul şöbəsində Şengen
vizaları veriləcək.
Səfirlikdən bildiriblər ki, qısamüddətli vizalar almaq üçün ərizələr çərşənbə
günündən başqa, hər gün saat 9:30-dan 12-dək, uzunmüddətli vizalar üçün isə
həftənin çərşənbə axşamı saat 14-dən 16-dək qəbul ediləcəkdir. Ünvan:
C.Cabbarlı küçəsi, 44, “Caspian Plaza” Biznes Mərkəzi.
Xatırladaq ki, martın 1-də Bakıda Çexiya Respublikasının səfirliyi açılmışdır.
Diplomat Radek Matula səfir təyin olunub.
/AzərTAc/
Geri